“Rusiyanın Ukraynanın şərqində möhkəmlənməsi qaçılmaz deyil” - ABŞ generalı
(16-06-2022, 09:00)



Rusiya qüvvələri Donbasda ukraynalılardan silah və say baxımından üstün olsa da, Rusiyanın Ukraynanın şərqinə nəzarəti möhkəmləndirməsi qaçınılmaz deyil.

Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley deyib.

“Müharibədə qaçınılmazlıqlar olmur. Müharibədə bir çox dönüşlər baş verir. Ona görə də, mən bunun (Rusiyanın Ukraynanın Şərqində möhkəmlənməsinin-red.) qaçınılmaz olduğunu deməzdim” – deyə general bildirib.



Milley Rusiyanın Severodonetskin dörddə üçünü nəzarətə götürdüyünü, lakin ukraynalıların küçəbəküçə, evbəev döyüşdüyünü deyib.

ABŞ generalı müharibənn indik fazasının Birinci Dünya Müharibəsi kimi aşındırma müharibəsinə çevrildiyini, Rusiyanın regiondakı nailiyyətlərnin çox yavaş və çətin olduğunu qeyd edib.

“Rusiyalılar bir çox problemlə üzləşbilər. Onların komanda və idarəetmə, logistika problemləri var. Onların mənəvi problemləri var, liderlik problemləri və bir çox müxtəlif problemləri var. Rusiyalılar saysız-hesabsız itkilər veriblər”, - deyə Milley bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031