2 MİN NÜVƏ SİLAHI HAZIR VƏZİYYƏTƏ GƏTİRİLDİ - Putin sazişləri pozdu, Kiyevə nüvə silahı verilir
(13-06-2022, 17:00)



Rusiya 2014-cü ildən Ukraynaya qarşı müharibə vaxtı 400-ə qədər beynəlxalq müqaviləri pozub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen demokratik sammitinin iştirakçılarına müraciətində deyib.

Xüsusilə, Rusiya Budapeşt memorandumunu pozub. Bu sənədə uyğun olaraq, Rusiya Ukraynaya qarşı təcavüzdən çəkinmək öhdəliyi altından imza atıb.

Rusiyanın öhdəliklərini pozmasını əsas gətirən Polşanın keçmiş xarici işlər və müdafiə naziri, hazırda Avropa Parlamentində millət vəkili olan Radoslav Sikorski Qərbə maraqlı çağırış edib.

Keçmiş nazir Ukraynanın müstəqilliyini qorumaq üçün ona nüvə silahı verilməli olduğunu bildirib: “1994-cü ildə imzalanan Budapeşt Memorandumu ilə Ukraynanın nüvə potensialının qarşısı alındı. Bu müqaviləyə əsasən, Ukrayna Sovet dönəmindən qalan nüvə silahlarını məhv etmək öhdəliyini öz üzərinə götürdü. Rusiya və Qərb isə bunun müqabilində Ukraynanın müstəqilliyinə zəmanət verdi.

O vaxt hər kəs düşünürdü ki, Sovetlərdən sonra Ukrayna öz sərhədləri daxilində müstəqil ölkə olaraq qalacaq. Lakin bunun əksi baş verdi. Rusiya Budapeşt Memorandumunu pozaraq, Ukraynaya hücum etdi. Hesab edirəm ki, Ukraynanın yenidən müstəqilliyini bərpa etməsi üçün ona nüvə silahı verilməlidir. Qərb olaraq buna haqqımız çatır”.

“Putinin NATO ərazisinə nüvə silahı ilə hücum etməyə cəsarət edəcəyini düşünmürəm. Təxribatçı çıxışlardan başqa Rusiya hazırda bu istiqamətdə heç bir hazırlıq görmür. Hazırda Rusiyanın bir neçə min taktiki nüvə başlığı olduğundan xəbardarıq. Biz müttəfiqlərimizlə birlikdə vəziyyəti yaxından izləyirik”, - deyə o bildirib.



Bu arada iki minə yaxın nüvə silahı hazır vəziyyətə gətirilidiyi məlum olub.

AzPolitika.info” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) iyunun 13-də açıqladığı illik hesabatında məlumat verib.

Hesabatda göstərilib ki, dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə narahatedici tendensiya””dır.

Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq, növbəti 10 il ərzində arsenalların böyüyəcəyi gözlənir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 128

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930