“Rusiya bu müharibədə qalib gəlməli deyil” – Çubaysın qardaşı Kremlə qarşı
(13-06-2022, 15:30)



Vaxtilə Putinin yaxın çevrəsində təmsil olunan və Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra vəzifəsindən istefa verərək, Rusiyanı tərk edən Anatoli Çubaysın böyük qardaşı İqor Çubays Kremli sərt tənqid edib. 

Hazırda Moskvada yaşayan İqor Çubays “Azadlıq Radiosu”na açıqlamasında bu müharibədə Rusiyanın qələbəsinin yolverilməz olduğunu bildirib: “Əgər müharibənin haqsız tərəf olan iştirakçısı qalib gəlsə, sadəcə yer üzündə həyat bitə bilər. Çünki pislik dayana bilmir, o, qabağa gedəcək. Buna yol vermək olmaz. Rusiya bu müharibədə qalib gəlməli deyil. Hazırda bütün yük Ukraynanın, Ukrayna Silahlı Qüvvələrinin üzərindədir. Hər şeyi onlar həll edirlər”.

Çubays əlavə edib ki, müharibədən sonra ukraynalılarla rusların münasibətlərini düzəltmək çox çətin olacaq və bunun üçün çox iş görülməlidir.
Qeyd edək ki, İqor Çubays publisist və filosofdur. Bu açıqalamalarına görə Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı cinayət işi qaldıracağı istisna edilmir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 131

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930