Kanada Rusiya Prezidenti daxil olmaqla minə yaxın rusiyalıya qadağa qoyub
(18-05-2022, 11:30)



Kanada Ukrayna hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, sanksiyalara məruz qalan minə yaxın rusiyalının ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Bunu Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino deyib.

“Kanada Putin (Rusiya Prezidenti Vladimir Putin – Red) hökumətinin amansız hücumu qarşısında Ukraynanın yanındadır. Buna görə də biz indicə minə yaxın rusiyalı, o cümlədən Putin və onun ətrafı üzvləri üçün ölkəyə giriş qadağası elan etmişik”, - Mendiçino bildirib.

Onun sözlərinə görə, bu şəxslər artıq Kanadanın sanksiya siyahılarındadı: “İndi onların ölkəyə girişinə icazə verilməyəcək”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 143

Xəbər lenti
12-11-2025 11:00