Ukrayna iqtisadiyatının bərpasına 5-10 il lazım gələcək – Proqnoz
(7-05-2022, 08:00)
Ukraynanın müharibədən sonrakı bərpasına həm hakimiyyətin, həm də cəmiyyətin nəhəng səyləri lazım gələcək.
Müharibə Ukrayna ÜDM-nin 50 faizini aparıb və bu itkiləri kompensasiya etmək üçün iqtisadiyyat 5 il müddətində hər il 15 faiz, 10 il müddətində 7 faiz artmalıdır.
İqtisadi tədqiqatlar və siyasi məsləhətlər institutunun mətbuat xidmətinin xəbər verdiyi kimi, bu barədə təşkilatın idarə heyətinin sədri İqor Burakovski Varşavada keçirilən «Müharibədən sonra» adlı konfransda danışıb.
«İqtisadi bərpa - bu, beynəlxalq birliyin hədiyyəsi deyil. Bu, böyük investisiya layihəsidir ki, ona Ukraynanın özü də töhfəsini verməlidir. Ukraynanın müharibədən sonrakı bərpası həm hakimiyyətdən, həm də cəmiyyətdən böyük səylər tələb edir» - mətbuat xidməti Burakovskidən sitat gətirir.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







