Putinin Donbasla bağlı planları puça çıxır - Britaniya kəşfiyyatı
(6-05-2022, 16:30)




Mariupoldakı Rusiya qüvvələri iki gündür “Azovstal” polad kombinatına qurudan hücumları davam etdirirlər, baxmayaraq ki, Rusiya bəyanatlarında kombinatı sadəcə bloklamaq niyyətində olduğunu bildirir.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Məlumatda bildirilib ki, Rusiyanın “Azovstal”ın təhlükəsizliyini təmin etmək və Mariupolun ələ keçirilməsini tamamlamaq səylərini yeniləməsi çox güman ki, qarşıdan gələn 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək anım mərasimləri və Rusiya Prezidenti Vladimir Putinin Ukraynada simvolik uğur qazanmaq istəyi ilə əlaqəlidir.

Vurğulanıb ki, bu istiqamətdə səylər Rusiyaya şəxsi heyət, avadanlıq və sursat bahasına başa gəlir.

“Azovstalda Ukrayna müqaviməti davam etdiyi müddətdə Rusiyanın itkiləri artmağa və Donbasın cənubunda onların əməliyyat planlarını puç etməyə davam edəcək”, - deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 118

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930