LUKAŞENKO DA PUTİNƏ XƏBƏRDARLIQ ETDİ... - "Biz haraya uçduğumuzu belə bilmərik...”
(6-05-2022, 14:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Associated Press” Agentliyinə müsahibəsində maraqlı fikirlər səsləndirib.
O etiraf edib ki, Ukraynadakı müharibə onun gözlədiyindən artıq müddətə uzanıb: “Deyə bilmərəm ki, hər şey rusiyalıların dediyi kimi, plan üzrə gedir, yoxsa mən hiss etdiyim kimidir. Hiss edirəm ki, bu əməliyyat uzanıb”.
Xatırladaq ki, Lukaşenko müharibənin ilk günü əməliyyatların maksimum 3-4 gün çəkəcəyi barədə açıqlama vermişdi.
Belarus Prezidenti jurnalistin nüvə müharibəsi təhlükəsi barədə də sualını da cavablandırıb. Lukaşenko nüvə silahından istifadənin mümkünlüyünü qəbuledilməz adlandırıb: “Ukrayna müharibəsində nüvə silahından istifadə yolverilməzdir, çünki o, həm də bizim yanımızdadır. Burada olmasa da, ABŞ kimi okeanın o tayında da deyil. Ümumiyyətlə, qəbuledilməzdir...Yer kürəsi orbitdən qopa bilər və biz haraya uçduğumuzu belə bilmərik”.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







