"Şərq Tərəfdaşlığı" özünü doğrultmur" - Avstriya xarici işlər naziri
(3-05-2022, 17:30)
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq hesab edir ki, "Şərq Tərəfdaşlığı" əməkdaşlıq formatı artıq işləmir.
O, bu barədə "Financial Times"a müsahibəsində bildirib.
"Şərq Tərəfdaşlığı" işləmir. O, mövcud deyil. Biz Aİ-nin qonşuluq siyasətinin bütün konsepsiyasına yenidən baxmalıyıq", - Şallenberq bildirib.
Rusiyanın revanşist təhdidlərilə üz-üzə qalan Ukrayna, Moldova kimi ölkələrin gələcəyinə toxunan Avstriya rəsmisi qeyd edib: “Boşluq ola bilməz. Ya bizim, ya da başqalarının modeli olacaq”.
Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ildən tətbiq olunmuş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlığı gücləndirmək olub.
Ana səhifəyə qayıt
Oxunub: 114
Xəbəri paylaş
Xəbər lenti
17-07-2025 14:30
15-07-2025 16:00
15-07-2025 13:30
Ən çox baxılanlar