Çavuşoğlundan “Bozqurd” açıqlaması
(2-05-2022, 16:00)



“Uruqvayla heç bir problemimiz yoxdur. Bizimlə münasibətləri canlandırmaq istəyirlər. Səfərimiz də bu çərçivədə baş tutub”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turnesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşan ermənilərə göstərdiyi bozqurd işarəsi barədə də açıqlama verib.

“Əslində, nümayişçilər çox çirkin davranışlar sərgilədilər. Bu qəbuledilməz və çirkin münasibətlərdən sonra lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay hakimiyyətinə, nə Uruqvay xalqına, nə də nümayişçilərə təhqirdir. Buna görə bizi günahlandırmaları da yersizdir. Gələcəyə baxmalıyıq”, - deyə XİN başçısı qeyd edib (Mənbə: “AHaber”).

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 117

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930