Britaniya kəşfiyyatı Rusiya ordusunun son vəziyyəti ilə bağlı məlumat yayıb
(2-05-2022, 14:30)



Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin hazırkı durumu ilə bağlı məlumat yayıb.

Bu barədə məlumat Britaniya MN-nin tviter səhifəsində dərc olunub.

“Münaqişənin başlanğıcında Rusiya 120-dən çox tabor taktiki qrupları, yəni bütün quru döyüş gücünün təxminən 65 faizini işə salıb. Çox güman ki, bu bölmələrin dörddəbirindən çoxu hazırda sıradan çıxarılıb. Hava Desant Qüvvələri də daxil olmaqla Rusiyanın ən elit bölmələrindən bəziləri taqətdən düşüb. Yəqin ki, Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq”, - paylaşımda qeyd olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 133

Xəbər lenti