Rusiya Azərbaycanın daha bir saytını blokladı
(29-03-2022, 12:00)
Baku.ws saytına Rusiya ərazisində blok qoyulub. Bu qərar “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən qəbul edilib.
Artıq bir neçə gündür Baku.ws saytına daxil olmaq istəyən şəxslər Rusiya ərazisində qadağa ilə üzləşiblər.
Rusiya və Ukrayna arasında 24 fevral tarixində başlayan müharibədən bu yana sayt dəqiq, qərəzsiz və hər iki tərəfin təqdim etdiyi məlumatları dərc etməsinə baxmayaraq, Rusiya tərəfindən demokratiya və söz azadlığına zidd mövqe ilə rastlaşıb.Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan və iki dildə (Azərbaycan və rus dillərində) fəaliyyət göstərən Baku.ws-ə qarşı “Roskomnadzor”un bu addımı qərəzli və qanunsuzdur.
Məlumat üçün bildirək ki, bu günə qədər Rusiya ərazisində Azərbaycanın “Oxu.Az”, “haqqın.az” və “minval.az” saytlarına da giriş məhdudlaşdırılıb.
Ana səhifəyə qayıt
Oxunub: 125
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər