G-7 ölkələri Rusiya qazının rublla ödənilməsi tələbini rədd edib
(29-03-2022, 10:30)
G-7 qrupuna daxil olan ölkələr Rusiya prezidenti Vladimir Putinin qazın dəyərinin rublla ödənilməsi tələbini rədd edib.
Bunu Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi federal naziri Robert Habek bu gün Berlində G-7 energetika nazirləri ilə virtual görüşdən sonra deyib.
O bildirib ki, biz bölünməyimizə imkan verməyəcəyik: “Görüşlərin bu raundunda Avropa İttifaqı da iştirak edib. G-7 nazirləri rublla ödəniş tələbinin "mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması" olduğu barədə razılaşıblar. Bağlanmış müqavilələr etibarlıdır, təsirlərə məruz qalan şirkətlər müqavilələrə sadiq qalmalıdırlar. Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir”.
O qeyd edib ki, Putinin bizi parçalamaq cəhdi göz qabağındadır: "Ancaq böyük birlik var. Biz bölünməyəcəyik və G-7 ölkələrinin cavabı aydındır: müqavilələrə əməl olunacaq”.
| « Aprel 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||







