NATO hərbi hava qüvvələrinin təlimi başlayıb
(29-03-2022, 07:24)


NATO-ya üzv ölkələrin “Frizya Bayrağı-2022” adı altında hava hücumundan müdafiə qüvvələrinə yönəlik təlimləri başlayıb.

Bu barədə Niderlandın şimalındakı Leuvardan “F-35” təyyarələrin bazasının yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, təlimlər əsasən Niderland krallığının hava sahəsində qismən də Danimarkanın hava məkanında keçirilir.

Tədbirdə ABŞ, Böyük Britaniya, Fransa və Kanadanın da 30 döyüş təyyarəsi iştirak edir.
Təlimə “F-35”, “F-18“, “F-16” döyüş təyyarələri ilə yanaşı “AH-64 Apache”, “AS532U2 Cougar” helikopterləri, “SA-6” və “SA-8” hava hücumundan müdafiə sistemləri də cəlb olunub.
Təlimlərə ev sahibliyi edən Niderlandın Leuvardan Aviasiya bazasının komandanı Cohan Van Deventer açıqlamasında bildirib ki, bunun Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur və bu cür təlimlər vaxtaşırı keçirilir.
Bildirilib ki, min nəfərin iştirak etdiyi təlim aprelin 8-dək davam edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 124

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930