Fransa prezidentliyinə namizəddən növbəti hədsizlik – Azərbaycana qarşı iddia qaldıracaq...
(15-01-2022, 09:00)


Fransa prezidentliyinə namizəddən növbəti hədsizlik – Azərbaycana qarşı iddia qaldıracaq... 
Ötən ilin dekabrında  Qarabağda qanunsuz səfərdə olmuş Fransa prezidentliyinə namizəd Valeri Pekresin vəkili Tibo de Montbrial “AFP” nəşrinə bildirib ki, beynəlxalq hüququn hazırkı prezidenti məhkəmə iddialarından qorumasına baxmayaraq yanvarın 16-da Valeri de Pekres Azərbaycan Prezidentinə qarşı iddia qaldıracaq.
 
Bu haqda “Hraparak” qəzeti məlumat yayıb.
 
Fransa prezidentliyinə namizəd Valeri Pekres özü isə Qarabağa  səfəri ilə bağlı ona qarşı “təhdid”ləri şərh edərək belə “təhdid”lərin onu qorxutmadığını qeyd edib. O, Fransa diplomatiyasının “sükutundan” təəccübləndiyini bildirib.
 
eyd edək ki, yanvarın 13-də Fransadakı erməni təşkilatlarının koordinasiya şurası (“CCAF”) Fransa prezidentliyinə namizəd, İle-de-Frans vilayətinin prezidenti Valeri Pekresə qarşı “təhdid”lərlə bağlı bəyanat yayıb.
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə sərt münasibət bildirib. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti