Qazaxıstana yeridilən KTMT qoşunlarına bu general rəhbərlik edir - FOTO
(7-01-2022, 14:00)

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik edəcək şəxsin adı məlum olub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, KTMT-nin Qazaxıstandakı sülhməramlılarına Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək.
Andrey Serdyukov 1-ci və 2-ci Çeçen Müharibələrinin, Hərbi Hava Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya (Kosovo) yürüşünün və Rusiyanın Suriyadakı hərbi əməliyyatının iştirakçısıdır...
Hərbi heyətin Qazaxıstana göndərilməsində Rusiyanın 75 hərbi-nəqliyyat təyyarəsi iştirak edir. Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci Əlahiddə Ümumqoşun Briqadasının, 98-ci Hava Desant Diviziyasının və 31-ci Əlahiddə Briqadasının bölmələri Qazaxıstana göndərilib.
Sülhməramlılar son sutkada Qazaxıstanın hüquq-mühafizə orqanlarına Almatı hava limanına tam nəzarəti ələ keçirməyə kömək ediblər.
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |






