Gürcüstanda "Omicron"a yoluxma 600-ə çatıb
(7-01-2022, 09:30)

Gürcüstanda 24 saat ərzində koronavirusa (COVID-19) 4 234 yoluxma halı qeydə alınıb.
Yoluxanlardan 46 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, qonşu ölkədə “Omicron” ştammına yoluxma 600-ə çatıb.
Xatırladaq ki, qonşu ölkədə COVID-19-un yeni variantına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb. Ümumilikdə, Gürcüstanda koronavirusa yoluxma 953 410, ölənlərin sayı isə 14 128 nəfərə yüksəlib.
Ana səhifəyə qayıt
Oxunub: 113
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar