NATO Baş katibi Rusiyanı dialoqa dəvət etdi
(21-12-2021, 12:30)

“NATO 2022-ci ilin əvvəllərində NATO-Rusiya Şurasının iclasını keçirməyi təklif edir”.

 

Bu barədə NATO Baş katibi Yens Stoltenberq açıqlama verib. O, bununla belə, alyansın Ukraynanın NATO-ya üzvlük məsələsində Rusiyanın etirazlarını nəzərə almayacaqlarını təkrar edib.

 

“NATO heç zaman Ukraynanın öz yolunu seçməsi və alyansa üzv olması mövzusunda Rusiya ilə kompromisə getməyəcək”, - deyə Baş katib qeyd edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 398

Xəbər lenti