İranın yol naziri də “söz atdı”: ““Yanmış körpüləri” bərpa etmək çətin olacaq”
(7-10-2021, 15:06)


İranın yol naziri də “söz atdı”: ““Yanmış körpüləri” bərpa etmək çətin olacaq”
İran yeni Gorus-Qafan yolunun tikintisində Ermənistana kömək edir.
 
İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi oktyabrın 5-də Gorus-Qafan yolunun Azərbaycana düşən 21 kilometrlik hissəsinə alternativ yolun çəkilişi ilə tanış olub. Bu yol, əsasən, İrandan Ermənistana yüklərin daşınması üçün nəzərdə tutulur.
 
İranın yollar və şəhərsalma naziri Rostam Qasemi isə Ermənistanla birgə infrastruktur layihələrinin bölgənin tranzit xəritəsini dəyişdirəcəyini bəyan edib.
 
Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.
 
"Nazir müavinlərinə həvalə edilən xüsusi missiya sayəsində Qafqaz dəhlizi və Norduzdan Ermənistana gedən yol problemi həll olunacaq və tezliklə bu bölgənin tranzit xəritəsi tamamilə dəyişdiriləcək", - Qasemi bildirib.
 
Onun sözlərinə görə, problem yaradanların hamısı bilməlidir ki, İrana gedən yolu bağlaya bilməyəcəklər, eyni zamanda "yanmış körpüləri" bərpa etmək çətin olacaq.
 
Nazir bununla Ermənistanın Gorus-Qafan magistral yolunda Azərbaycan tərəfinin İranın ağır yük maşınlarının sürücülərindən gömrük haqqı tələb etməsinə işarə vurub.
 
Bundan əvvəl İrəvanda "Fars Körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə etmək üçün işçi qrupun iclası keçirilib.
 
Ermənistan mətbuatının məlumatına görə, layihədə Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan rəsmən iştirak edir.
 
“Ermənistan paytaxtında keçirilən görüşdə iştirakçı ölkələr sazişin layihə variantını hazırlayıblar. Bu dəhliz Ermənistana tədarüklərin şaxələndirilməsinə, İran limanlarından sərbəst istifadə etməsinə və mühüm tranzit mərkəzinə çevrilməsinə imkan verəcək”,-məlumatda deyilir.(Modern.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031