Rusiyadan “Laçın dəhlizi” ilə bağlı növbəti AÇIQLAMA
(6-10-2021, 12:06)


Rusiyadan “Laçın dəhlizi” ilə bağlı növbəti AÇIQLAMA
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, gecə xidməti üçün sülhməramlı kontingentin hərbçiləri xüsusi geyimlə də təchiz olunublar. Müşahidə postları müasir LED projektorları və fasiləsiz enerji təchizatı ilə təchiz edilib.
 
“Rusiya sülhməramlı kontingenti tranzit daşımaların təhlükəsizliyini təmin edir. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır. Xidmət həm gündüz, həm də gecə həyata keçirilir", - Rusiya sülhməramlı kontingentinin sözçüsü Alexander Ripskiy deyib.
 
Onun sözlərinə görə, mövcud vəziyyəti izləmək üçün bütün məntəqələr müasir videomüşahidə kameraları ilə təchiz edilib.
 
27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.(modern.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 104

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031