Rusiyada 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
(4-10-2021, 15:48)


Rusiyada 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən 30 yaşlı Aleksandr Lazarev Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.
 
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a bildirilib
 
Qeyd edək ki, oktyabrın 1-də Qay şəhərində binada baş verən yanğının söndürülməsi zamanı mənzildən 17, 18 və 19 yaşlarında üç qızın cəsədi tapılıb. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub.
 
Araşdırma zamanı məlum olub ki, qızlar Başqırstandan Orenburqa təhsil almaq üçün gəliblər və orada kirayə qalırmışlar.
 
Cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının nəzarətində olduğu bildirilir.
 
Xatırladaq ki, A.Lazarev əvvəllər Orsk şəhərində fəaliyyət göstərən “Portağal” barının direktorunun öldürülməsinə və quldurluq maddəsinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Lakin vaxtında əvvəl həbsdən çıxıb.   (Apa.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 96

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031