“FAZ”: Saakaşvilinin geri qayıtması və həbsi Gürcüstan üçün yaxşı heç nə vəd etmir…
(4-10-2021, 15:47)


“FAZ”: Saakaşvilinin geri qayıtması və həbsi Gürcüstan üçün yaxşı heç nə vəd etmir…

 

Effektli peyda olmaları sevən Mixail Saakaşvili Gürcüstana qayıtmaqla dünya ictimaiyyətini təəccübləndirdi. Çox keçmədi ki, Gürcüstanın baş naziri onun həbs olunduğunu elan etdi. Bütün bunlar onsuz da gərgin vəziyyətdə olan ölkə üçün yaxşı heç nə vəd etmir. Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine” qəzeti yazır.

 

Nəşr yazır ki, “qızılgül inqilabı”nın lideri və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili effektli peyda olmaları sevir. Cümə günü onun növbəti peyda olması baş tutdu: 53 yaşlı “cəsarətli” dünya ictimaiyyətinin diqqətini çəkdi, Gürcüstana qayıtdığını elan etdi və bir neçə saat ərzində əksini iddia edən rəqiblərindən bir addım önə keçdi.

 

Amma cümə günü axşam saatlarında Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin həbs olunduğunu elan etdi. Onun sözlərinə görə, gürcü agentliklərində onun yerdəyişməsi haqqında məlumat var idi.

 

Qəzetin yazdığına görə, bütün bunlar şənbə günü yerli hakimiyyət orqanlarına seçkilərin keçirildiyi Gürcüstandakı onsuz da gərgin vəziyyəti bir qədər də çətinləşdirdi. Hakim Gürcü arzusu Partiyası və Saakaşvilinin Vahid Milli Hərəkatı bir-birinə qarşı o qədər nifrət bəsləyirlər” ki, beynəlxalq oyunçular tez-tez onların arasında vasitəçilik etməli olurlar.

 

Saakaşvili 2013-cü ildə ona qarşı bir neçə cinayət işi qaldırılanda Gürcüstandan getmişdi. Keçmiş prezident qiyabi olaraq iki həbs cəzasına məhkum edilmişdi. Gürcüstan vətəndaşlığını itirib və hazırda Ukrayna vətəndaşıdır. Universitet bitirdiyi Ukraynada Saakaşvili Odessa vilayətinin qubernatoru olub və hazırda Milli İslahatlar Şurasına rəhbərlik edir. Sürgündə olarkən tez-tez gürcü siyasətinə müdaxilə edirdi, amma çox da uğur qazana bilmirdi: onun partiyası “Gürcü arzusunu məğlub edə bilmədi və Saakaşvilinin təsirindən narazılıq hətta Birləşmiş Milli Hərəkatı parçaladı.

 

Saakaşvili bazar ertəsi Kiyevdən Tiflisə oktyabrın 2-nə təyyarə bileti aldığını söylədi. Qaribaşvili bu qorxağ”ın dərhal həbs ediləcəyini bəyan etdi. Avropa Parlamenti Saakaşvilini ölkədəki vəziyyəti pisləşdirməmək üçün geri qayıtmamağa çağırdı.

 

Cümə günü səhər saatlarında Saakaşvili həm dostlarını, həm də düşmənlərini heyrətləndirdi. “Facebook” səhifəsində bir video yayımladı: Sabahın xeyirGürcüstanSəkkiz il keçdi”. O, Batumidə olduğunu açıqladı və xalqı seçkilərdə Vahid Milli Hərəkata səs verməyə çağırdı.

 

Saakaşvili gürcüləri bazar günü mitinqə çıxmağa çağırdı. Əvvəlcə hökumət onun sərhədi keçmədiyini iddia etdi. Gürcü Arzusu videonu saxta adlandırdı. Partiya sədri İrakli Kobaxidze videonun Ukraynanın qərbində, Truskavetsdə çəkildiyini iddia etdi və Saakaşvilini təlxək adlandırdı. Axşam saatlarında yeni versiya ortaya çıxdı: Cəmiyyətimizə bildirmək istəyirəm ki, Gürcüstanın üçüncü prezidenti, axtarışda olan Mixail Saakaşvili saxlanılıb”, - deyə Qaribaşvili bəyan etdi.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 100

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031