“Der Spiegel”: ABŞ defolt həddinə yaxınlaşır…
(29-09-2021, 09:54)


“Der Spiegel”: ABŞ defolt həddinə yaxınlaşır…

 

ABŞ iflasa yaxınlaşır. Oktyabrın əvvəlində Amerika hökumətinin pulu tükənməyə başlayacaq, ancaq respublikaçılar yeni büdcə üçün maliyyə planlarını bloklayırlar: onlar hesab edirlər ki, dövlət borcunun icazə verilən yuxarı həddinin növbəti artımına görə məsuliyyəti onu təklif edən demokratlar öz üzərinə götürməlidir. Moderator.az bildirir ki, bu barədə Almaniyanın Der Spiegel” jurnalı yazır.

 

Jurnal yazır ki, ABŞ müflisləşmə həddindədir. Oktyabrın əvvəlindən etibarən pul kifayət etməyəcək, dövlət qulluqçularını məcburi məzuniyyət təhlükəsi gözləyir, amma respublikaçılar hələ də yeni büdcənin maliyyə planını təsdiqləməkdən imtina edirlər.

 

Der Spiegel” xatırladır ki, düz on il əvvəl oxşar mübahisə baş vermişdi. Və indi, 2021-ci ildə hökumət işlərinin qismən dayandırılması təhlükəsi də artır. Respublikaçılar ABŞ senatında büdcə müddəti bitdikdən sonra hökumətin maliyyələşməsini təmin etməli olan təklifi səvermə yolu ilə bloklayıblar.

 

Nəşr vurğulayır ki, yeni maliyyə ili bu cümə günü, oktyabrın 1-də başlayır. O vaxta qədər heç bir büdcə tənzimlənməsi qəbul edilməzsə, bu, hökumətin bir hissəsinin işini dayandırmasıyla nəticələnəcək. Bu o deməkdir ki, dövlət qulluqçuları qismən məcburi məzuniyyətə getməli və ya bir müddət maaşsız işləməli olacaqlar. Bu vəziyyətin nə qədər davam edəcəyindən asılı olaraq, müəyyən şöbələrin işi məhdudlaşdırıla və ya ödənişlər təxirə salına bilər. ABŞ-da hökumət aparatının müəyyən hissələrinin bu cür bağlanması nadir hal deyil. Buna baxmayaraq, ABŞ prezidenti Co Bayden hökuməti bunun qarşısını almaq istəyir.

 

Nümayəndələr Palatası keçən həftə demokratların səsləri ilə yeni hökumətin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdi. Senatda isə layihə respublikaçılar tərəfindən bloklandı. Onların sözlərinə görə, təklif borcun yuxarı həddinin müvəqqəti olaraq qaldırılmasını nəzərdə tutur və buna qarşı çıxırlar.

 

Maliyyə naziri Canet Yellenin sözlərinə görə, ABŞ hökumətinin dövlət borcunun yuxarı həddi konqres tərəfindən qaldırılmasa, ölkə gələn ay defolt təhlükəsiylə üzləşəcək. Yellen xəbərdarlıq edir ki, dəqiq gün bilinməsə də, hökumətin oktyabr ayı ərzində pulu tükənəcək. Hökumət artıq oktyabr ayında borclarının öhdəsindən gələ bilməsə, ABŞ iqtisadiyyatı və dünyanın bütün maliyyə bazarları əlacı mümkün olmayan zərərlə üzləşəcək.

 

Jurnalın izah etdiyi kimi, bütün bunlar demokratlarla respublikaçılar arasında hakimiyyət mübarizəsi fonunda baş verir. Partiyaların heç biri ABŞ-ın qanunla müəyyən edilmiş borc limitini yenidən artırdığı üçün seçicilər qarşısında cavab vermək istəmir.

 

Demokratlar mövqeyini onunla əsaslandırır ki, Donald Trampın dövründə əlavə 8 trilyon dollar borc yığılıb. Onlar özləri Trampın dövründə etdikləri kimi, indiki müxalifətin hazırkı qərara mane olmamasını istəyirlər.

 

Respublikaçılar isə əksinə, Bayden hökumətini qeyri-ciddi və israfçı kimi tanıtmaq şansını əldən vermək istəmirlər. Respublikaçıların senatdakı lideri Mitç Makkonnell soyuqqanlılığını qoruyaraq, demokratların özlərinin dövlət borcunun həddini qaldırmaq qərarına gəlməsində təkid edir. Xatırladaq ki, 2011-ci ildə ABŞ Makkonnell və partiyasının inadkarlığı səbəbindən bir neçə həftə iflas həddində olmuşdu.

 

Der Spiegel sonda qeyd edir ki, hər iki tərəf özlərini küncə sıxışdırıb və çıxılmaz vəziyyət nə qədər uzun sürərsə, Wall Street” və dünyanın digər maliyyə bazarlarında narahatlıq bir o qədər artacaq.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 109

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031