Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu - VİDEO
(21-09-2021, 18:55)

Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər bu ölkənin Müstəqillik Günü münasibətilə “Yerablur” hərbi panteonuna yollanıblar.
44 günlük müharibədə ölənlərin valideynləri isə məzarlıqda toplaşaraq buna etiraz ediblər. Onlar Paşinyanın panteonu ziyarət etmək hüququnun olmadığını bildiriblər və onu övladlarının məzarının yaxınlığına buraxmayacaqlarını deyiblər. Bu səbəbdən hökumət nümayəndələrinin korteji gəldikdən sonra valideynlər güc yolu ilə panteondan uzaqlaşdırılıb.
Yerablurdakı jurnalistlərin işi də məhdudiyyətlərlə başlayıb: bir neçə kvadratmetrlik xüsusi bir sahə qırmızı lentlə hasarlanıb, jurnalistlərin bu ərazidən çıxmasına, vəzifəli şəxslərə yaxınlaşmasına və onlara sual verməsinə icazə verilməyib.
Hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin ölən hərbçilərin valideynləri və jurnalistlər arasında canlı sədd yaradıblar, bu səbəbdən KİV nümayəndələri onlara da sual verə bilməyiblər.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 114
Xəbəri paylaş
Xəbər lenti
18-07-2025 12:00
17-07-2025 14:30
Ən çox baxılanlar