Ermənistan hökumətinin sözçüsü: “Türkiyə ilə dialoqa hazırıq”
(20-09-2021, 15:31)

Ankara və İrəvan rəsmiləri arasında effektli təmaslar başlayarsa, Ermənistan Türkiyə ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan bildirib.
“Baş nazir parlamentin iclasında Türkiyə ilə danışıqlara başlamaq fikrindən bəhs etdi. O bildiridi ki, yüksək səviyyəli təmaslardan əvvəl işçi müzakirələr aparılmalıdır. Ermənistan Nazirlər Kabinetinin bu cür təmaslara hazır olmasına baxmayaraq, Ermənistan və Türkiyə rəsmiləri arasında hələ ki, heç bir əlaqə olmayıb. Bu cür səmərəli iş olarsa, Ermənistan yüksək və ali səviyyədə görüşlərə hazır olacaq”, - deyə o qeyd edib.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 123
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər