“Apple” təsisçisi yeni kosmik şirkət yaratdı
(15-09-2021, 09:00)


“Apple” təsisçisi yeni kosmik şirkət yaratdı
Amerikanın “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak kosmik şirkət yaratdığını elan edib.
 
Bu barədə məlumatı S.Voznyak öz tviter hesabında paylaşıb: ““Privateer Space” şirkəti öz fəaliyyətinə başlayır”.
 
Layihəyə həsr olunmuş videoda qeyd olunur ki, Stiv Voznyak öz kosmik şirkətini robot texnikası üzrə “Ripcord” şirkətinin Baş direktoru Aleks Fildinq ilə birgə təsis edib. 
 
Həmçinin bildirilir ki, şirkət kosmosun bütün bəşəriyyət üçün təhlükəsiz və əlçatan olaraq qalması üzərində işləyəcək. Lakin bununla belə, şirkətin sırf hansı fəaliyyət ilə məşğul olacağı barədə detallar açıqlanmayıb.
 
Layihə barədə ətraflı məlumatın sentyabrın 14-dən 17-nə kimi keçiriləcək “Amos Tech” konfransı zamanı elan olunacağı gözlənilir.  (Qafqazinfo)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 123

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031