“Rusiya niyə Qarabağa öz sülhməramlılarını göndərdi?..”
(14-09-2021, 11:06)


“Rusiya niyə Qarabağa öz sülhməramlılarını göndərdi?..”
10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan qalan bütün elementlərdən fərqli olaraq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ATƏT-in Minsk Qrupu çərçivəsində əvvəllər aparılan danışıqların tərkib hissəsi olmayıb. 
 
Bunu Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano (1999-2001) “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
 
Kerri Kavano Azərbaycan və Ermənistanın sülh razılaşmasına yaxınlaşdıqları 2001-ci il Ki-Uest danışıqlarında iştirak edib. Habelə 1999-cu ilin sentyabrında Yerevanda parlament binasında törədilmiş terror aktı zamanı ABŞ dövlət katibinin köməkçisi Stroub Telbottla birlikdə Qarabağa dair sülh planını müzakirə etmək üçün regiona səfər etmişdi.
 
 
Keçmiş diplomat deyir ki, o vaxt parlamentdə törədilən terror aktı ictimai etimadı sarsıdan əsas amil oldu. “Qarabağa dair sülh planının gələcəkdə reallaşması işində mühüm rol oynaya biləcək bir neçə mühüm şəxs öldürüldü”,-Kavano xatırladıb.
 
“Həmin gün mən Amerika nümayəndə heyətinin tərkibində Ermənistanda idim. Səhər saatlarında biz prezident iqamətgahında prezidentlə, baş nazirlə, xarici işlər naziri ilə görüşdük. Oradan aeroporta getdik və Ankaraya uçduq. Ankaraya çatanda eşitdik ki, erməni parlamentini gülləbaran ediblər, baş nazir və parlamentin spikeri öldürülüb”,-keçmiş amerikalı həmsədr bildirib.
 
 
Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan liderləri arasında ciddi müzakirələr gedirdi. Lakin bu müzakirələrin detalları ictimaiyyətə qapalı idi. Amma Kavano həmin müzakirələrin təfərrüatlarını açıqlamaq istəməyib, deyib ki, bunun üçün yaxşı məqam deyil, çünki tərəflər danışıqlar masası arxasında mümkün kompromislərə qayıda bilərlər.
 
“Minsk Qrupunda müzakirələr bu yöndə gedirdi ki, əgər sülhməramlılar və ya müşahidəçilər nə qonşu ölkələri, nə həmsədr ölkələri təmsil etməsələr bu ən yaxşı həll yolu olacaq. Fikrimcə Rusiya bununla tam razı idi, çünki məsələyə siyasi baxımdan ən sərfəli yanaşma bu idi. Rusiya ötən ilin payızında niyə öz sülhməramlılarını göndərdi? Fikrimcə bu, təhlükənin dərəcəsi, erməni tərəfinin nəzarətində olan əraziləri itirmə sürəti və Şuşa ətrafında hadisələrin sürətlə inkişaf etməsi ilə bağlı idi”,-Kerri Kavano qeyd edib.(virtualaz.org)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
20-09-2021 13:09
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930