“Almanlar həmişə xoş qarşılanır...” - “Taliban” Almaniyadan diplomatik tanınma və pul istəyir
(6-09-2021, 11:24)


“Almanlar həmişə xoş qarşılanır...” - “Taliban” Almaniyadan diplomatik tanınma və pul istəyir

 

““Taliban” Almaniya ilə diplomatik əlaqələr qurmağa ümid edir və Berlindən sağlamlıq, kənd təsərrüfatı və təhsil sahələrində maliyyə yardımı gözləyir”. Moderator.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində “Taliban” sözçüsü Zəbihullah Mücahid deyib. Almanların həmişə xoş qarşılandıqlarını söyləyən Mücahid onların təxminən yüz il əvvəl Əfqanıstanda çox yaxşı işlər gördüyünü xatırladıb.

 

“Taliban” islamçı hərəkatı Almaniyadan diplomatik tanınma və maliyyə yardımı tələb edir. Zəbihullah Mücahid müsahibəsində daha sonra deyib: “Almaniya ilə yaxın və rəsmi diplomatik əlaqələr qurmaq istəyirik. Almanlar Əfqanıstanda həmişə xoş qarşılanırlar. Təxminən yüz il əvvəl Əfqanıstan krallığının mövcud olduğu dövrdə də almanlar Əfqanıstanda çox yaxşılıq etdilər. Təəssüf ki, sonra amerikalılara qoşuldular. Ancaq indi hər şey bağışlandı”.

 

Mücahid Talibanın Almaniyadan və digər ölkələrdən sağlamlıq, kənd təsərrüfatı və təhsil sahələrində maliyyə dəstəyi, humanitar yardım gözlədiyini və onlarla əməkdaşlığa arxalandığını qeyd edib.

 

“Die Welt”in yazdığına görə, hərbi təxliyə başa çatdıqdan sonra sığınacaq istəyən əfqanların ölkəni tərk etməsini təmin etməyə çalışdığı üçün Almaniya “Taliban”la danışıqlara getmək məcburiyyətindədir.

 

Bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri Hayko Maas “Taliban”la danışıqların lehinə danışmışdı: “Əgər bu siyasi cəhətdən mümkün olsa və təhlükəsizlik vəziyyəti imkan versə, Almaniya yenidən Kabildə səfirliyini açar”. O, diplomatik nümayəndəliyin Taliban” hökumətinin avtomatik olaraq tanınması demək olmadığını bildirmişdi.

 

Xatırladaq ki, “Taliban Kabilə girdikdən sonra Almaniya hökuməti səfirliyi bağladığını elan etmişdi. Almaniyanın Əfqanıstandakı səfiri Markus Potzel islamçılarla danışıqlar aparmaq üçün Dohaya getmişdi. Qəzetin qeyd etdiyi kimi, Qətərin paytaxtında Xarici İşlər Nazirliyinin funksiyalarını yerinə yetirən Talibanın siyasi ofisi yerləşir. Bununla belə, Talibanın ilk nümayəndələri artıq Əfqanıstana qayıdıb. Die Welt yazır ki, bu səbəbdən Almaniya hökuməti yeni hökumətlə sıx əlaqə saxlamağın yollarını nəzərdən keçirməyə başlayıb.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 107

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031