Rusiya Türkiyə ilə vizasız rejimin qismən tətbiq olunmasını təklif edib
(28-04-2018, 18:27)

Rusiya Türkiyə ilə vizasız rejimin qismən tətbiq olunmasını təklif edib
“Rusiya tərəfi Türkiyəyə diplomatik pasport sahibləri və TIR sürücüləri üçün vizasız rejimin qismən tətbiq olunmasını təklif edib.”

“Report” xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya, İran və Türkiyə XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə bildirib.

O deyib ki, viza rejiminin daha da sadələşdirilməsi məsələləri nazirlərin hər görüşündə müzakirə edilir: “Prezidentlər də bu barədə danışıblar. Türkiyə tərəfinin reaksiyasını gözləyəcəyik.”

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə viza rejiminin tam aradan qaldırılmasını istəyir.

“Biz istəyirik ki, Rusiya vətəndaşları Türkiyəyə daxili pasportla gəlsinlər. Burada xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti lazımdır”, – türkiyəli nazir vurğulayıb.

O, həmçinin ölkələr arasında ticarət-iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 448

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930