Məscidi partlatmış amerikan kişi məhkəmə zamanı arvad çıxdı...-FOTOLAR
(25-08-2021, 10:28)

Amerikanın Minnesota ştatında məscidi partlatmaqda günahkar bilinən bir islamofob ABŞ məhkəmə sistemi qarşısında vəziyyətini yüngülləşdirmək üçün gözlənilməz bir addım atıb.
Bu haqda yerli "Star Tribune” nəşri məlumat yayıb.

Xatırladılır ki, üç təqsirləndirilən şəxs arasında 50 yaşlı Maykl Harri Bluminqtondakı Dar əl-Faruk məscidini partlatmaq və abortlar edilən bir ginekoloji klinikaya qarşı terror hücumu cəhdində mühakimə olunurdu. Hücum nəticəsində İslam mərkəzində şiddətli yanğın baş verib və yalnız bir möcüzə nəticəsində xəsarət alan olmayıb.
5 həftəlik mühakimədən sonra Minnesotadakı federal məhkəmə Harrini dini bir binaya hücumla əlaqədar 5 cinayət maddəsi ilə günahkar hesab edib və hökmdən sonra məhkum aclıq aksiyasına başlayıb.
Lakin aclıq aksiyasının ona heç bir şəkildə kömək etməyəcəyini anlayan qəddar saqqallı mühafizəkar yeni bir addım atıb - rəsmi olaraq cinsiyyətini dəyişib və özünü Emili Kler Harri adlı bir qadın kimi təqdim edib.
Maykl, həm də Emili məhkəməyə guya radikal sağçı baxışlarla birlikdə cinsiyyət kimliyi pozğunluğu da olduğunu iddia edərək bunun davranışlarına təsir etdiyini və məscidə hücumla nəticələnən "daxili qarşıdurma" yaratdığını bildirib.
Vəkil Şennon Elkins isə iddia edir ki, "üsyançı missiyalarına" hazırlıq olaraq Harri guya həm kişilər, həm də qadınlar üçün xaki rəngli geyimlər alıb və həbsxanaya getməzdən əvvəl Tailandda cinsiyyət dəyişdirmə əməliyyatı ilə bağlı danışıqlar aparıb.
Harrinin son hökmü hələ verilməyib. Üzdənirağın vəkili islamofobun yaşı və sağlamlıq xüsusiyyətlərini nəzərə alaraq ona ömürlük həbs cəzasın verilməməsini, 30 illik cəzanın kifayət etdiyini təkid edir.
Məhkəmədə arvada dönmüş amerikan kişiyə(?) hökmün sentyabrın 13-də veriləcəyi gözlənilir.
Ana səhifəyə qayıt
Oxunub: 99
Xəbəri paylaş
Xəbər lenti
18-07-2025 12:00
17-07-2025 14:30
Ən çox baxılanlar