“Anamı yemək bişirmədiyi üçün gözümün önündə öldürdülər...”
(19-08-2021, 15:00)

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınlara qarşı təzyiqlər günü -gündən artır.
Moderator.az xəbər verir ki, ABŞ-da yerləşən “CNN İnternational” kanalı xaos və qorxunun idarə etdiyi bir cəmiyyətdə qadınların yaşadıqları dəhşətli hadisələrdən bəhs edib.
“Taliban” yaraqlıları Kabili işğal etdikdən sonra adı Najia olaraq paylaşılan ananın və dörd uşağının evini ziyarət ediblər. Qapını döyən silahlılar anadan yemək bişirmələrini istəyiblər. Ancaq Najia, “Kasıbıq, kifayət qədər ərzağımız yoxdur. Sənin üçün necə yemək bişirə bilərik? –deyə cavab verib.
Daha sonra, qadının bu cavabından əsəbiləşən “Taliban” yaraqlıları dörd uşaq anası Najiyanı ölümünə döyməyə başlayıblar. Övladları müdaxilə etsələr də, kömək edə bilməyiblər və silahlılar otağa əl qumbarası ataraq qadını öldürüblər.
“Taliban”ın idarəçiliyinə uyğun geyinməyə çalışan qadınlar geyimlərin qiymətinin qəfildən ölkədə on qat artdığını bildiriblər:
“Taliban” bazar günü şəhərə girəndə hamı banklara axın etdi. Önümüzdəki günlərdə başımıza nə gələcəyini bilmədiyimiz üçün son pulumuzu geri çəkmək istədik. Ancaq o qədər izdiham var idi ki, saatlarla gözlədik, amma pulumuzu çıxara bilmədik. Heç kim hadisələrin bu qədər tez baş verə biləcəyini gözləmirdi. İndi yenidən evə getməliyik. İllərlə mübarizə apardıq, amma yenə əvvəlki günlərimizə qayıtdıq. Azadlığımızın məhdudlaşdırılmasından narahatıq ”-deyə onlar bildiriblər.
Ana səhifəyə qayıt
Oxunub: 122
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






