Vladimir Putin iranlı həmkarı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
(19-08-2021, 13:00)

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon söhbəti olub.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.
Məlumatda deyilir ki, hər iki ölkə rəhbəri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına kömək etməyə hazır olduqlarını bəyan ediblər.
Bundan əlavə, Putin və Rəisi İran nüvə razılaşmasının həyata keçirilməsinin bərpası perspektivlərini müzakirə ediblər və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
"Hər iki tərəf Rusiya-İran əlaqələrinin hazırkı səviyyəsindən məmnun olduqlarını ifadə edərək, çoxşaxəli qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını qeyd ediblər. Bu kontekstdə ticarət və böyük ortaq layihələrin həyata keçirilməsi, koronavirusa qarşı mübarizə məsələləri müzakirə olunub", - məlumatda vurğulanır.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı İmaməli Rahmonla da bu gün telefonla danışıb və söhbət zamanı daha çox Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Ana səhifəyə qayıt
Oxunub: 127
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






