Dünyanı lərzəyə salan dərman: Onminlərlə uşaq...
(19-08-2021, 08:28)

1954-cü ildə Almaniyanın “Chemie Grünenthal” dərman şirkəti daha ucuz yolla istehsal oluna biləcək antibiotik tapmaq fikrinə düşür. Heyvanlar üzərində keçirilən yüzlərlə uğurlu təcrübələrdən sonra şirkət “Talidomid” adlı dərmanın satışa çıxmasına nail olur. Sınaqlar zamanı “Talidomid” hətta yüksək dozalarda belə heyvanlara heç bir mənfi təsir göstərməmişdi. Amma hər şey insanların bu həbi qəbul etməsindən sonra dəyişdi...
Axar.az xəbər verir ki, 1955-ci ildə preparat tez bir zamanda onlarla ölkədə öz sakitləşdirici və təbii yuxu gətirməkqabilliyəti ilə məşhurlaşır. 4 il ərzində “Talidomid” müxtəlif markaların altında dünyanın 46 ölkəsində satılmağa başlayır və 1961-ci ilin əvvəlinə dərman Almaniyada satış üzrə lider mövqeyə çıxır.
Heç bir ölkə əlavə tədqiqatlar keçirmir. Vəziyyət o həddə çatır ki, “Talidomid” hamilə qadınlara tövsiyə olunmağa başlayır. Həqiqətən də bu dərmanı qəbul edən hamilə qadınlar 9 ay ərzində heç bir stres, ürəkbulanma, yuxusuzluq, əzələ ağrısı, diskomfortdan şikayətlənmirdi.
1960-cı ilin sentyabrında “Richardson-Merrell” şirkəti ABŞ ərazisində “Kevadon” markası altında “Talidomid”in satışı üçün müraciət edir. Həmin vaxt bu dərman artıq onlarla ölkədə sərbəst satılırdı və şirkət əmin idi ki, onlar yeni bazara asanlıqla çıxacaqlar.
ABŞ-da “Richardson-Merrell” şirkətinin müraciətinə baxmaq gənc həkim Frensis Kelsiyə tapşırılır. Kelsi müraciət edən şirkətin nüfuzundan, nəhəngliyindən çəkinməyərək insanlara, xüsusilə də hamilə qadınlara təsirlərin kifayət qədər araşdırılmaması səbəbindən dərmana lisenziya verməkdən imtina edir. 6 təkrar müraciətə və Kelsiyə çoxsaylı təzyiqlərə baxmayaraq, bu dərmanın ABŞ bazarında satılmasına imtina möhürü vurulur.
1 il sonra dərmanı qəbul edən insanlarda periferik nevrit halları müşahidə olunmağa başlayır. Minlərlə insan, həkim, alim “Talidomid”in mənfi təsirlərindən danışmağa başlayan bir dövrdə bu dərmanı qəbul edən hamilə qadınların dünyaya gətirdiyi körpələrin 99%-i raxid doğulur.
Körpələrdə anadangəlmə inkişaf qüsurları haqqında məlumatların ardı-arası kəsilmir. Yüzlərlə uşaq əlləri olmadan doğulur. Sonradan məlum olur ki, “Talidomid” preparatının hətta bir tableti döldə mutasiyaya səbəb olurmuş.
Nəticə olaraq dünya üzrə 40 000 insanda “Talidomid” səbəbiylə periferik nevrit inkişaf etmiş olur və 12 000-dən çox yeni doğulan körpələrdə anadangəlmə qüsurlar aşkar edilir, 5000 uşaq vəfat edir.
Böyük şirkətin təzyiqlərinə və bütün dünyada dərmanların populyarlığına baxmayaraq, fikirlərini bildirməkdən qorxmayan gənc həkim Kelsi olmasaydı, bu rəqəmlər daha yüksək ola bilərdi.
Ana səhifəyə qayıt
Oxunub: 109
Xəbəri paylaş
Xəbər lenti
18-07-2025 12:00
17-07-2025 14:30
Ən çox baxılanlar