Dünya görür ki, biz bir-birimizi gəmiririk - Ohanesyan
(14-08-2021, 11:14)

Əgər parlament zalına deputatları "sakitləşdirmək" üçün hərbi formada insanlar daxil olursa, demək ki, bu ölkənin siyasi sistemində çox ciddi yanlışlar mövcuddur.
Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Samvel Ohanesyan dünən Ermənistan parlamentində deputatlar arasında baş verən kütləvi davanı şərh edərkən bildirib.
"Bəli, biz bilirik və görürük ki, tez-tez müxtəlif ölkələrin parlamentlərində deputatlar öz fikirlərini yumruqlarla müdafiə etməli olur. Amma mən birinci dəfədir ki, hərbçilərin iclas salonuna daxil olmasını görürəm. İndi mənim üçün heç vacib deyil ki, bizim parlamentdə dava-dalaş nə səbəbə görə yaranıb. Mənə bir şey aydındır - sivil, şüurlu bir millət üçün bu, qəbuledilməzdir. Demək ki, bizim hələ şüurumuz formalaşmayıb. Əslində bizim siyasətçilər ilk növbədə nümayiş etdirməlidirlər ki, yüksək siyasi mədəniyyətimiz, opponentimizə hörmətimiz var. Amma reallıqda bütün dünya Ermənistanda hakimiyyət nümayəndələrinin bir-birini necə gəmirdiyini görür", - erməni ekspert qeyd edib.
Ana səhifəyə qayıt
Oxunub: 101
Xəbəri paylaş
Xəbər lenti
18-07-2025 12:00
17-07-2025 14:30
Ən çox baxılanlar