Ermənistanda daha 3 nazir istefa verdi
(26-04-2018, 16:56)

Ermənistanda daha 3 nazir istefa verdi
Ermənistanda yüksək vəzifəli məmurların istefası davam edir.

Erməni mediası xəbər verir ki, bu gün ölkənin üç naziri, 2 qubernatoru istefa verib. Məlumata görə, postunu tərk edənlər Daşnaksütyun partiyasının üzvləri - təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, şəhərsalma və inkişaf naziri David Lokyandır. Nazirlərin ardınca isə Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqasotsk vilayətinin qubernatoru Aşot Simonyan istefa verib.

Qeyd edək ki, dünən isə idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etirazçılara qoşulmuşdu.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 417

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930