“İndi qoy bu dəli ayağa qalxsın və...” - Sabiq baş nazir Qaragöldəki hərbçilərimizdən yazdı
(24-05-2021, 15:10)

Sevliç gölü (Qaragöl) ərazisində zirehli texnika ilə 1000-dən çox azərbaycanlı var. Orada tikinti işləri aparırlar.
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri Hrant Baqratyan özünün “Facebook” səhifəsində yazıb.
“Zirehli maşınları olan 1000-dən çox azərbaycanlı artıq göl ərazisində yaşayır, tikinti işləri aparırlar. Beləliklə, onlar getməyəcəklər. İndi qoy bu dəli ayağa qalxsın və əvvəlki liderlərin günahkar olduğunu desin. Armen Qriqoryan sərhədi təchiz etməyi bacarmadıqlarını bəhanə edir. Sərhədin düzəldilməsi və səngərlərin qazılması üçün 48 saat vaxt verilir. 6 ayınız var idi. Bu kapitulyator bütün günü ucuz siyasi manevrlərlə məşğul olarkən ölkəni seçkilərə necə apardı?”, Baqratyan belə yazıb.
Ana səhifəyə qayıt
Oxunub: 152
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər