70-dən çox Amerika polisi işdən çıxıb
(24-05-2021, 09:30)

Bu ilin yanvar ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının ABŞ Konqresinin binasına (Kapitoliyə) hücumundan sonra 70-dən çox polis işdən çıxıb.
APA bildirir ki, bu barədə “Politico” qəzeti xəbər verir.
Kapitoli polis birliyinin rəhbəri Guus Papatanasiou bildirir ki, polislər iş günlərinin uzanmasından və məlum hadisələrin travmatik nəticələri səbəbindən işi tərk edirlər. O bu barədə narahat olduğunu açıqlayıb:
"Gecələri yata bilmirəm, yalnız yeni polislərin işə götürülməsindən narahat deyiləm. Ən böyük problem indiki polislərin vəzifələrində saxlamaqdır".
Qeyd edək ki, Kapitoliyə basqın 6 yanvarda baş verib.
Tramp tərəfdarları binaya hücum edərək Senat Zalını mühasirəyə aldılar. Senatorlar və konqresmenlər, demokrat Co Baydenin prezident seçilməsi barədə nəticələri təsdiqlədikləri iclasa ara verməli oldular.
Etirazlar nəticəsində beş nəfər öldürülüb, onlarla adam həbs olunub.
Ana səhifəyə qayıt
Oxunub: 146
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






