Ermənistan parlamenti toplanır - Paşinyan Bakı ilə yeni bir sənəd imzalayacağını açıqlayıb...
(21-05-2021, 10:00)


Ermənistan parlamenti toplanır - Paşinyan Bakı ilə yeni bir sənəd imzalayacağını açıqlayıb...
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, parlamentin müxalif   "Aydınlanmış Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları bu gün saat 18: 00-da parlamentin növbədənkənar iclasını çağırıb.
 
Paşinyan İrəvanın Bakı ilə yeni bir sənəd imzalayacağını açıqlayıb
 
"Aydınlaşan Ermənistan" fraksiyası növbədənkənar iclasın çağırılmasının təşəbbüsçüsü olub, daha sonra "Çiçəklənən Ermənistan" da imza toplanmasına qatılıb.
 
Növbədənkənar iclasın çağırılmasına səbəb baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bəyanatı olub. O bildirib ki, Ermənistanın maraqlarına tam cavab verən sənədi Azərbaycanla imzalamağa hazırlaşır.
 
Müxalifət bu sənədin cəmiyyət üçün açıq olmasını tələb edir. Prezident Armen Sarkisyan da müxalifətin mövqeyini dəstəkləyir. 
 
P.S. Nikol Paşinyanın imzalanacaq sənədin “Ermənistanın maraqlarına cavab verməsi” haqqında bəyanatı Azərbaycan cəmiyyətində bəzi narahatlıqlara səbəb olub. Ümid edirik ki, imzalanacağı gözlənilən sənəddə Azərbaycanın da maraqları təmin olunacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 110

Xəbər lenti