Navalnıya ilkin tibbi yardım göstərən xəstəxananın baş həkimi yoxa çıxdı
(10-05-2021, 17:30)

Daha 1 həkim istefa vermiş, 2-si isə infarkt və insultdan ölmüşdü
Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra ilk müalicəni həyata keçirən Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovsk yoxa çıxıb.
Keçən ilin oktyabr ayında Omsk bölgəsinin səhiyyə direktoru vəzifəsinə təyin olunan Muraxovskin Sibirin cənubunda meşə sahəsinə ova getdiyi və bundan sonra həkimdən heç bir xəbər alınmadığı bildirilir.
Rusiya polisinin Muraxovski meşə sahəsində pilotsuz təyyarələr və bir heyətlə axtardığı qeyd olunur. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, axtarış işlərinin çətinliyi səbəbindən bölgəyə əlavə qüvvələrin göndərildiyi bildirilib. Rusiya mediasında yer alan xəbərlərdə həkimin telefon siqnallarının aşkarlandığını və yaxın gələcəkdə tapılacağını yazılıb.
2020-ci ilin 20 avqustda Rusiyanın Tomsk şəhərindən Moskvaya uçan təyyarəyə minən Navalnının vəziyyəti pisləşincə Omsk xəstəxanasına aparılmışdı.
Qeyd edək ki, bundan öncə Navalnıya Omsk xəstəxanasında yardım göstərən daha bir həkim işindən istefa vermiş, daha 2 həkim isə infarkt və insultdan ölmüşdü.
Ana səhifəyə qayıt
Oxunub: 123
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər