Küveyt mediası: "Siz Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz?”
(3-05-2021, 17:00)


Küveyt mediası: 
İkinci Qarabağ savaşında  ermənilərin biabırçı məğlubiyyətindən sonra da düşmən ölkə təxribatlar törətməkdən çəkinmir, revanş haqqında düşünür. Ancaq Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, hər hansı revaş niyyətinin qarşısı sərt şəkildə alınacaqdır.
  
İşğaldan azad edilmiş ərazilərdə daşı daş üstündə qoymayan ermənilərin növbəti hərbi cinayəti mina xəritələrini verməməsidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox  mülki vətəndaş yaralanıb və həlak olub. 
 
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti mina xəritələri ilə bağlı Ermənistana təzyiq göstərməyə çağırıb. Ancaq Ermənistan mina xəritələrini verməkdən imtina edir.
Artıq dünyanın müxtəlif ölkələrinin dövlət xadimləri, siyasətçiləri, media nümayəndələri mina xəritələrini verməsi üçün Ermənistana çağırış edib.
 
Bu günlərdə Küveyt mediasında da Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə dair məqalə dərc edilib.
 
Mlodetator.az xəbər verir ki, məqalə Küveytin bobiannews.net informasiya portalında dərc olunub. 
 
Portalın əməkdaşı Adil Əl-Əzminin qələmə aldığı məqalədə 1990-cı ildə baş vermiş Küveyt müharibəsinin fəsadlarından, müharibə bitdikdən sonra minalanmış ərazilərin yerli sakinlərin həyatına fəlakətlər gətirdiyindən bəhs edilib. 
 
"Qarabağ torpaqlarının azad edilməsindən sonra Azərbaycanın minalardan əziyyət çəkməsi ilə bağlı bu gün gördüklərimiz mənə keçmişdə Küveytdə başımıza gələnləri xatırladır. Minalar ucbatından nə qədər günahsız insanlar həyatını itirdi", məqalədə belə yazılıb.
 
Müəllif beynəlxalq birliyi mina xəritələri ilə bağlı yolverilməz davranış sərgiləyən Ermənistana təzyiq göstərməyə çağırıb: "İnsan hüquqları ilə maraqlanan hər kəsə, beynəlxalq ictimaiyyətə deyirik ki, siz indi Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz? Necə olar bilər ki, bir insan bir yerdə böyük dəyərə malikdir, digər bir yerdə isə ucuz. Qorxuram ki, insan və günahsız olan hər şeyin öləcəyi gün gələcək!".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31