Rumıniya Rusiya diplomatını persona non qrata elan edib
(26-04-2021, 17:14)

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin hərbi attaşesinin köməkçisini persona non qrata elan edib. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat verib.
"Rumıniya Xarici İşlər Nazirliyi, Rumıniya səlahiyyətlilərinin Rusiya Federasiyasının Buxarestdəki səfirliyinin hərbi attaşesinin köməkçisinin Rumıniya ərazisində persona non qrata elan etmək qərarına gəldiyini bildirir", - deyə Rumıniya Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumatda diplomatın fəaliyyəti və hərəkətlərinin 1961-ci ilin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğu bildirilir.
Rumıniya Xarici İşlər Nazirliyi, Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzminin nazir Boqdan Aureskunun göstərişi ilə Xarici İşlər Nazirliyinə danışıqlar üçün çağrıldığını da qeyd edib. Orada Rumıniya səlahiyyətliləri tərəfindən verilən qərar barədə səfirə məlumat verilib.
Ana səhifəyə qayıt
Oxunub: 140
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər