Zelenskinin ofisi: "Putini Kiyevə dəvət etmək düzgün deyil"
(26-04-2021, 15:30)

Zelenskinin ofisinin rəhbəri Andreyy Yermak, Rusiya prezidenti Vladimir Putinin Kiyevə dəvət edilməsinin doğru olmadığını bildirib. Eyni zamanda o, Ukrayna dövlət başçısının rus həmkarına Donbasa gəlmək təklifini Kiyev rəhbərliyinin danışıqları davam etdirmək istəyinin sübutu kimi dəyərləndirib.
Ukraynalı hərbçilərin hər gün Vətənlərini qoruduqları və həyatlarını təhlükəyə atdıqları yerlərdə bunu etmək vacibdir. Və hər gün həyatını riskə atan insanların gözlərinə baxaraq, - deyə o, Zelenskinin Putini Donbasa dəvət etməsi barədə bildirib.
Söhbət Ukrayna prezidentinin Rusiya liderini "Ukrayna Donbasının istənilən yerinə" gəlməyə dəvət etdiyi video müraciətindən gedir.
Putin isə Ukrayna prezidentinə Donbass problemlərini müzakirə etmək niyyətində olduğu təqdirdə seperatçı rejim rəhbərlərinə müraciət etməsini tövsiyə etdi. O, Zelenskiyə Rusiya-Ukrayna münasibətləri ilə əlaqəli mövzularda danışmaq istəyi varsa, hər an Moskvada Rusiya Federasiyasının Prezidenti ilə görüşə biləcəyini təklif etdi.
Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini Oleksiy Reznikov, Putinin verdiyi təklifi şərh edərkən bildirib ki, belə bir görüş dörd tərəfli Normand formatında, yəni Fransa və Almaniya liderlərinin iştirakı ilə baş tutmalıdır.
Vladimir Zelenski özü isə "Financial Times" qəzetinə verdiyi müsahibədə, Rusiya lideri ilə istənilən yerdə görüşməyə hazır olduğunu bildirib, çünki görüşün yeri deyil, danışıqların məzmunu vacibdir. Ukrayna prezidenti seperatçı liderlər ilə əlaqə qurmaq niyyətində deyil.
Ana səhifəyə qayıt
Oxunub: 113
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər