Ukrayna Türkiyənin ATAK-II hücum helikopterləri üçün mühərriklər tədarük edəcək
(26-04-2021, 13:00)

Ukraynanın Türkiyə ATAK-II hücum helikopterləri üçün mühərriklər tədarük edəcəyi barədə müqavilə imzalandı. Seçim Ukrayna istehsalçısının üzərinə düşdü, çünki Ankaranın Kiyevlə sanksiya və embarqo kimi problemləri olmayacaq.
"Ukrayna Hərbi Portalı"nın verdiyi məlumata görə, bunu Türkiyə Aerokosmik Sənayesi" (TAI) kompaniyasının Baş direktoru Temel Kotil söyləyərək Ukraynanı "qardaş ölkə" adlandırıb.
Ukraynalı aviasiya istehsalçılarının lehinə seçim Türkiyənin etibarlı alternativ əldə etmək niyyəti ilə izah olunur, çünki Qərb şirkətləri ilə əməkdaşlıq növbəti geosiyasi problemlər üzündən dayandırıla bilər.
Bu hadisə Türkiyənin "Altay" tankı üçün güc qurğusu ilə artıq baş verib və bu səbəbdən rəsmi Ankara gələcəkdə özünü risklərdən qorumaq istəyir.
ATAK-II helikopterlərinin Ukrayna mühərrikləri ilə təchiz edilməsi planları haqqında ilk dəfə Türkiyə mətbuatı 2021-ci ilin martında məlumat vermişdi.
Bu helikopterin kütləsi 11 tondur. İki ədəd qaz turbinli mühərrik yüksək hündürlüklərdə olduğu kimi yüksək temperaturda da işləməyə imkan verir. ATAK-II zərbə helikopterinin silahlanması bir ədəd aviasiya topundan, "hava-hava" və "hava- yer" raketlərindən, həmçinin 70 mm-lik idarəolunmayan raketlərdən ibarətdir.
Ana səhifəyə qayıt
Oxunub: 112
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər