İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
(14-04-2021, 09:30)

İran İsfahan vilayətinin Nətənz nüvə obyektində baş verən qəzadan sonra aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır.
Modern.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.
"İran sabahdan uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırıb" - A.Araqçı bildirib.
Qeyd edək ki, ötən həftə İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik paylama şəbəkəsində qəza baş vermişdi. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi qəzanın terror aktı nəticəsində baş verdiyini bildirmişdi.
Ana səhifəyə qayıt
Oxunub: 124
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər