İrəvan metrosunda rus dilində olan lövhələr sökülür
(13-04-2021, 14:30)

Ermənistanda İrəvan metrosunda rus dilində lövhələr götürülür, yalnız erməni və ingilis dillərində olanlar saxlanılır.
“Novosti Armenia” portalı xəbər verir ki, paytaxt metrosunda “Marşal Baqramyan”, “Respublika Meydanı”, “Zoravar Andranik” və “Şenqavit” stansiyalarında rus dilində işarələr artıq yığışdırılıb.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin indiyə qədər İrəvan metrosundakı rusdilli lövhələrin yığışdırılması ilə bağlı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, bu problemi ətraflı öyrənmək üçün vaxt lazımdır.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 139
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər