Bu ölkədə torpağın keyfiyyəti alt geyimi ilə yoxlanılacaq - MARAQLI
(12-04-2021, 11:16)

İsveçrənin “Agroscope” dövlət elmi-tədqiqat institutu ölkə ərazisində torpaqların keyfiyyətinin ölçülməsi üzrə genişmiqyaslı layihəyə start verib.
DPA informasiya agentliyinin məlumatına əsasən, bu məqsədlə institutun əməkdaşları fermerlərə iki ədəd alt paltarı göndərməyi planlaşdırır.
Fermerlər pambıqdan hazırlanmış alt geyimlərini çay paketi ilə birlikdə torpağa basdırmalı, onlardan birini bir ay, digərini isə iki ay sonra qazıb çıxararaq, şəklini çəkib instituta göndərməlidirlər.
“Biz göndərilmiş fotoşəkillər əsasında torpağın keyfiyyətini qiymətləndirəcəyik. Alt geyimlərində nə qədər çox dəlik olarasa, deməli torpağın keyfiyyəti bir o qədər yüksəkdir”, - deyə “Agroscope”dan verilən açıqlamada bildirilib.
Qeyd edək ki, belə sınaqlar kiçik miqyasda olsa da, artıq Kanada da keçirilib.
Ana səhifəyə qayıt
Oxunub: 127
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər