Köçəryanın Poznerlə müsahibədən öncə Putinlə məsləhətləşdiyi üzə çıxdı?..
(6-04-2021, 09:30)

"Bunun, sadəcə, Köçəryanın seçkiöncəsi reytinqini qaldırmaq üçün bir dezinformasiya da olduğunu güman etmək olar..."
“Moskvaya səfəri zamanı Köçəryan Putinlə telefonla söhbət edib”.
Moderator.az xəbər verir ki, bəzi erməni nəşrləri bu barədə ermənipərəst “@wargonzo” layihəsinin Kremldəki mənbələrinə istinadla məlumat verir.
“Əldə etdiyimiz məlumata görə, Putin və Köçəryan distansion söhbət ediblər (koronavirus əleyhinə tədbirlərə görə). Rəsmi açıqlamalar yaxın müddətdə yayılmalıdır. Təxminən bir saat davam edən söhbət zamanı Ermənistandakı siyasi böhran, qarşıdan gələn parlament seçkiləri, Qarabağdakı vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib. Köçəryan Vladimir Poznerlə müsahibə üçün Birinci Kanala getməzdən əvvəl Rusiya prezidenti ilə söhbət edib.
Müəyyən bir televiziya konyukturasını və Rusiya Prezident Administrasiyasının federal telekanaldakı məlumat gündəmini idarəetmə sistemində Poznerin statusunu nəzərə alaraq Vladimir Vladimiroviçin (Pozner) Köçəryanı təsadüfən yanına dəvət etmədiyi qənaətinə gəlmək olar. Bunun Köçəryanın birbaşa Ermənistandakı seçki öncəsi reytinqinə nə qədər təsir edəcəyini, çox güman ki, yaxın gələcəkdə görəcəyik ”- deyə “Wargonzo” layihəsinin telegram-kanalı yazır.
P.S. Bunun, sadəcə, Köçəryanın seçkiöncəsi reytinqini qaldırmaq üçün bir dezinformasiya da olduğunu güman etmək olar...
Ana səhifəyə qayıt
Oxunub: 122
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər