10 minlərlə etirazçı İrəvana toplaşıb
(22-04-2018, 23:44)

10 minlərlə etirazçı İrəvana toplaşıb
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına etiraz edən 10 minlərlə insan Respublika meydanına toplaşıb.

Bu barədə “RİA Novosti”nin hadisə yerində olan əməkdaşı bildirib.

Etirazların davam etdiyi son 10 gündə ilk dəfə aksiya rəhbərsiz keçirilir. Şənbə günü Armen Qriqoryan və David Sanasaryan, bu gün isə deputat Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan həbs edilib.Hazırda etiraz aksiyasına Paşinyanın Vətəndaş razılığı partiyası rəhbərlik edir.

Bundan əvvəl təhlükəsizlik qüvvələri zor gücünə mitinqi dağıtmağa çalışıb. Toqquşmalar zamanı 7 nəfər yaralanaraq xəstəxanaya erləşdirilib. 277 nəfər isə saxlanılıb. Onların arasında deputatlar da var.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 346

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930