“National Geographic” Xudafərin körpüsünü paylaşıb - FOTO
(15-03-2021, 16:30)


“National Geographic” Xudafərin körpüsünü paylaşıb - FOTO
ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.
 
Paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.
 
Qeyd edilir ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.
 
Paylaşımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də  məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 123

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031