Jurnalist Zaxarovaya görə XİN-ə atla gəldi
(15-03-2021, 15:00)

Bolqarıstanlı jurnalist Boris Anzov atla Mariya Zaxarovaya görə Rusiya XİN-in binasına gəlib.
Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist Vladimir Solovyov "Soloyov Layf" verilişinin efirində deyib.
Solovyovun sözlərinə görə, Qafqaz milli geyimində olan jurnalist bir qrup dostu ilə Mariya Zaxarovaya evlilik təklifi etmək üçün Xarici İşlər Nazirliyinə gəlib.
Anzov isə, öz növbəsində, İnstaqram səhifəsində nazirliyə XİN sözçüsünü 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etməyi planlaşdırdığı üçün yollandığını, lakin Zaxarovanın onların görüşünə çıxmadığını, bununla da kişilərin atəş açıb, rəqs edib, geri döndüyünü yazıb.
Zaxarova hadisəni daha sonra nazirlik mühafizəsindən öyrəndiyini vurğulayıb.
“Nə deyə bilərəm, hesab edirəm ki, kişilər öz emosiyalarına nəzarət etməyi bacarmalıdır”, - M.Zaxarova “Solovyov Layf”ın efirində deyib.
Ana səhifəyə qayıt
Oxunub: 107
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar