Rusiyadan Türkiyə qırıcıları ilə bağlı AÇIQLAMA: Hazırıq!
(15-03-2021, 12:30)


Rusiyadan Türkiyə qırıcıları ilə bağlı AÇIQLAMA: Hazırıq!
Türkiyənin yerli imkanları ilə istehsala hazırlanan Milli Döyüş Təyyarəsi (MDT) üçün hazırlıqlar davam etdiyi bir zamanda Rusiyadan Türkiyəyə istehsal fəaliyyətlərini dəstək açıqlaması gəlib.
 
Publika.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Təşkilatının sözçüsü Valeriya Reşetnikova Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
 
“Türkiyənin “MDT-TF-X” istehsal işləri davam edir. Eyni zamanda Türkiyə tərəfi uzun müddətdir “TF-X” beşinci nəsil döyüş təyyarəsini inkişaf etdirmək üçün layihəni davam etdirir. Rusiya bu proqram çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”, - qurum sözçüsü qeyd edib.
 
V.Reşetnikova həmçinin Rusiyanın “Su-35” və “Su-57” qırıcı təyyarələrinin hazırlanaraq mümkün zamanda çatdırılması ilə bağlı Türkiyəylə danışıqlara hazır olduqlarını bildirib.
 
Qeyd edək ki, 5-ci nəsil döyüş təyyarəsi olan milli qırıcılar ilk uçuşunu 2025-ci ildə gerçəkləşdirəcək, 2029-cu ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 110

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031